Tahir Rzayev: "Azərbaycanla Pakistan arasında aqrar məhsulların ixracı sahəsində yeni zəmin yaradılıb"
Bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişin müxtəlif ölkələrlə imzalanması Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsullarının ixracını asanlaşdıracaq.
“Sizinxeber.az” xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Azərbaycan-Pakistan arasında münasibətlərdən qaynaqlanır: “Saziş 2025-ci ilin fevralında Pakistanın Lahor şəhərində imzalanıb. Bu, layihə qardaşlıq əlaqələrinin ifadəsidir. Bu sənəd məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdıracaq. Həm də ölkəyə idxal olunan məhsullarla bağlı bu sahədə effektiv mexanizm yaradacaq".
T. Rzayev xatırladıb ki, 13 maddədən ibarət saziş 5 il müddətinə imzalanıb: "Bu saziş əməkdaşlıqda yeni zəmindir. Belə sazişlər Azərbaycanın kənd təsərrüfatı sahəsində ixracında da yeni stimullar, imkanlar yaradır”.
Oxşar xəbərlər
Azərbaycanla Rusiya arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq sənədi təsdiqlənib
Azərbaycan və Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Pakistan bitki mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Milli Məclis Azərbaycanla Pakistan arasında sazişi təsdiq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
