ADA Universitetində 13-cü beynəlxalq festival keçirilib
ADA Universitetində 13-cü beynəlxalq festival keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, tədbir çoxsaylı səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Açıq havada keçirilən festival beynəlxalq anlaşma, mədəniyyət və dostluq bayramı olub.
Festivalda bu il Çexiya, Moldova, Polşa, Niderland, İsveçrə, Macarıstan, Litva, Tacikistan, Türkmənistan, Çili, Meksika, Argentina və digər ölkələrin diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.
Diplomatlar öz ölkələrinin milli yeməkləri, ənənəvi geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, musiqi və rəqs nömrələri kimi zəngin və müxtəlif mədəniyyətlərini təqdim ediblər.
Bundan əlavə, ziyarətçilərə ölkələrin tarixi və turizm məkanları, mədəni xüsusiyyətləri və ənənələri haqqında məlumat verilib.
ADA Universitetində beynəlxalq festival hər il keçirilir. Festival mədəniyyətlərarası dialoqun inkişafına, beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə və tələbələrin dünyagörüşünün genişləndirilməsinə yönəlib.
Foto: Mircavid Eminoğlu
Oxşar xəbərlər
Bakıda incəsənət festivalı keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda "Bir peşənin sirri" festivalı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda "Baku Cinema Breeze" adlı beynəlxalq festival keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












