Macar tədqiqatçı: Macarıstan-Azərbaycan münasibətləri qızıl dövrünə qədəm qoyub
Sabah Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-formal sammitinin keçirilməsi ölkəmizi tanıtmaq üçün yaxşı fürsətdir.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Budapeştdə jurnalistlərə açıqlamasında Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun tədqiqatçısı Zolton Egeresi bildirib.
Zolton Egeresi qeyd edib ki, Macarıstanla Azərbaycan arasında münasibətlər son illər həqiqətən də qızıl dövrünə qədəm qoyub: “Macarıstan həmişə Azərbaycanı, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Digər tərəfdən, Azərbaycan Macarıstan üçün çox mühüm enerji mənbəyidir. Artıq Macarıstan Azərbaycandan qaz da alır. Bu, Macarıstan üçün çox vacibdir. Macarıstan şirkətləri də Azərbaycanda müxtəlif sahələrdə çalışır”.
O qeyd edib ki, Macarıstan həm də Türk dünyasının bir hissəsidir. Zolton Egeresi Macarıstanın ali məktəblərində Azərbaycan və digər Türk dövlətlərinin tələbələri üçün geniş kvota ayırdığını da söyləyib: “Hər il 200 azərbaycanlı tələbə universitetlərimizə qəbul olunur. Budapeştdəki Azərbaycan icması kifayət qədər güclüdür, tələbələr çox fəaldırlar”.
Oxşar xəbərlər
Bakıda Macarıstanın Milli Günü münasibətilə tədbir keçirilib
Elm və təhsil nazirinin müavini Macar-Türk Sammitində iştirak edib
Macar professor: Azərbaycanla Macarıstan arasında əlaqələr ən yüksək səviyyədədir
Macarıstan nümayədnsəsi: TDT Avropanın mərkəzində bizim ortaq dəyərlərimizin qorunmasına xidmət edir
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













