Macarıstan nümayədnsəsi: TDT Avropanın mərkəzində bizim ortaq dəyərlərimizin qorunmasına xidmət edir
"Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olmaqdan qürur duyur. Bizim ölkəmiz Avropada böyük Türk mədəniyyətini təmsil edir".
Sizinxeber.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Macarıstan Təmsilçiliyinin icraçı direktoru Balazs Hendrik Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə ortaq ideya, gələcək və ortaq fəaliyyətin müzakirə olunduğu panel toplantında deyib.
O, ölkəsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindəki rolunun önəmindən bəhs edib:
"Macarıstan Şərq və Qərb arasında körpü rolunu oynayır. Türk Dövlətləri Təşkilatının Budapeştdəki ofisi Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı təşəbbüsləri dəstəkləyən bir qurumdur. Bu təşkilat Avropanın mərkəzində bizim ortaq dəyərlərimizin qorunmasına xidmət edir. Bu qurum vasitəsilə biz mədəniyyət və digər sahələrdə əlaqələrimizi gücləndirə bilərik. Təmsil etdiyim ölkə məhz buna çalışmaqdadır. Bugünkü panel bizə birliyin heç də mücərrəd anlayış olmadığını deməyə əsas verir. Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olmaqdan qürur duyur. Bizim ölkəmiz Avropada Böyük Türk Mədəniyyətini təmsil edir".
Oxşar xəbərlər
Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilir - FOTO
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir
Ərdoğan: Hazırda türk dövlətləri arasında gələcəkdə ortaq ordu yaratmaq üçün işlər görülmür
Elm və təhsil nazirinin müavini Macar-Türk Sammitində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
