

Elm və təhsil nazirinin müavini Macar-Türk Sammitində iştirak edib
28-29 aprel tarixlərində elm və təhsil nazirinin müavini İdris İsayev Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən Mədəniyyət, Ali Təhsil və İnnovasiya üzrə Macar-Türk Sammitində iştirak edib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko açılış nitqi ilə çıxış edib. Nazir Macarıstanın ali təhsil sistemi haqqında məlumat verib və macar universitetləri ilə potensial əməkdaşlıq məsələlərinə toxunub.
Sammit çərçivəsində nazir müavini İdris İsayev təhsilə həsr edilmiş "Regional əməkdaşlığın gücü – Türk Dövlətləri və Macarıstan arasında sıx əməkdaşlıq" adlı paneldə çıxış edib.
Çıxışı zamanı nazir müavini Azərbaycan Respublikası ilə Macarıstan və Türk Dövlətləri Təşkilatı ilə elm və təhsil sahəsində mövcud olan cari əməkdaşlıq haqqında məlumat verib və gələcək inkişaf perspektivlərinə dair təkliflər səsləndirib.
İdris İsayev həmçinin Azərbaycan Respublikasının elm sahəsində strateji tərəfdaşlığa böyük önəm verdiyini və digər türk dövlətləri və Macarıstanla birlikdə bu sahələrdə birgə proqramların, tədqiqat qruplarının və informasiya mübadiləsi sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda “Türk Dövlətləri və Macarıstan arasında ali təhsil, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair” bəyannamə imzalanıb.
Oxşar xəbərlər
Nazir müavini İdris İsayev Hacıqabulda olub
Nazir müavini Kürdəmirdə tədris prosesi ilə tanış olub
Nazir müavini Hacıqabul məktəblərində yaradılmış şəraitlə tanış olub
Nazir müavini Hacıqabul məktəblərində yaradılmış şəraitlə tanış olub - FOTO
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
