İlham Əliyev: Azərbaycan və Macarıstan bənzər çağırışlarla üz-üzədir
Macarıstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var:
“Ölkələrimizin əhalisinin təxminən eyni olması, ərazi ölçülərimizin də çox yaxın olması oxşarlıqlardır. Həmçinin Macarıstan müharibə aparan ölkə ilə sərhəddir, Azərbaycan da başqa bir müharibə aparan ölkə ilə sərhəddir. Bu oxşarlıqlar onu deməyə əsas verir ki, biz həm də bənzər çağırışlarla üz-üzəyik”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müharibəni 44 günə bitirib və bu müharibə beynəlxalq hüquq çərçivəsində aparılıb:
“Azərbaycan Ordusu qalib gəldi və orduda müharibə dövründə bir nəfər belə fərari olmadı, Ermənistan tərəfinin özünün yaydığı məlumata görə isə onların ordusunda 12 min fərari ölüb. Müharibədən sonra sülhün də, sülh müqaviləsinin mətninin də təşəbbüskarı Azərbaycan olub”.
Oxşar xəbərlər
Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq
Azərbaycan Prezidenti: Ermənistan gec-tez şərtlərlə razılaşacaq
İlham Əliyev: Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır
İlham Əliyev: Aİ daxilində müstəqil siyasət aparmaq böyük qəhrəmanlıq tələb edir ki, bunlar da Macarıstanda var
İlham Əliyev: “Azərbaycan ilə Macarıstan arasında uğurlu əməkdaşlıq məmnunluq doğurur”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













