Azərbaycan səfiri Tailand XİN-in rəsmisi ilə iqtisadi məsələləri müzakirə edib
Azərbaycanın Banqkokdakı səfiri Elçin Bəşirov Tailandın Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi məsələləri departamentinin baş direktoru Rucikorn Saenqçantr ilə çoxtərəfli platformalarda iqtisadi münasibətlərin inkişafını müzakirə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Cənub-Şərqi Asiya ölkəsindəki diplomatik missiyasının bildirib.
“30 aprel 2025-ci il tarixində səfir Elçin Bəşirov Tailand Krallığı Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi məsələlər departamentinin Baş direktoru xanım Rucikorn Saenqçantr ilə görüşüb”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Bildirilib ki, tərəflər iki ölkə arasında “ikitərəfli və çoxtərəfli platformalarda iqtisadi münasibətlərin inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar”.
Xatırladaq ki, fevralda azərbaycanlı diplomat Phuket əyalətinin qubernatoru Sophon Suvannarat ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin yollarını müzakirə etmişdi.
Oxşar xəbərlər
Səfir Phuket qubernatoru ilə turizm sahəsində əlaqələrin inkişafını müzakirə edib
Azərbaycan səfiri Tailand Minatəmizləmə Mərkəzinin başçısı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycanla ESCAP arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Azərbaycan və BƏƏ XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Rusiya və Türkiyə arasında Avrasiyadakı inteqrasiya prosesləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
