Səfir Phuket qubernatoru ilə turizm sahəsində əlaqələrin inkişafını müzakirə edib
sizinxeber.az xəbər saytı

Səfir Phuket qubernatoru ilə turizm sahəsində əlaqələrin inkişafını müzakirə edib


Azərbaycanın Tailanddakı səfiri Elçin Bəşirov Phuket əyalətinin qubernatoru Sophon Suvannaratla turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin yollarını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Banqkokdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Tailand Krallığının Phuket əyalətinə səfəri çərçivəsində səfir Elçin Bəşirov Phuket əyalətinin qubernatoru cənab Sophon Suvannarat ilə görüşüb. Görüşdə həmçinin Phuket əyalətinin miqrasiya, polis və turizm qurumlarının rəhbərləri də iştirak ediblər”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Görüş zamanı Azərbaycan ilə Phuket əyaləti arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsinin aparıldığı diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən ay azərbaycanlı diplomat Tailand Minatəmizləmə Mərkəzinin baş direktoru Saksit Sanqçanintra ilə görüşmüşdü.

Oxşar xəbərlər

Azərbaycan səfiri Tailand Minatəmizləmə Mərkəzinin başçısı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycanla ESCAP arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
Yalçın Rəfiyev Somalinin naziri ilə müdafiə sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edib
Azərbaycanla Türkiyə arasında turizm əməkdaşlığı haqqında saziş imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər