Nataşa Şeko: Bakıda təsis edilmiş platforma iqlim dəyişikliyi ilə mübarizə üçün yeni imkanlar açacaq
Qlobal Cənub QHT Platforması iqlim dəyişikliyi ilə mübarizədə dəyişiklikləri təşviq etmək üçün mühüm vasitə olacaq.
Bu barədə “Sizinxeber.az”a botsvanalı fəal Nataşa Şeko Qlobal Cənub QHT Platformasının təsis konfransında bildirib.
"Mən iqlim dəyişikliyi ilə mübarizə üzrə aktivistəm və bu gün burada olmaq və bu platformanın bir hissəsi olmaq mənim üçün böyük şərəfdir, çünki o, real dəyişikliklərə töhfə verir", - o vurğulayıb.
N.Şekonun sözlərinə görə, o, həmişə qlobal dəyişikliklərə ilham verə bilən yerli səylərin gücünə inanıb.
"Burada olmaq mənə məsləkdaşlarımla qarşılıqlı əlaqə qurmaq və əldə etdiyim bilikləri vətənimdə iqlim dəyişikliyinə dayanıqlılığı və davamlı inkişafı təşviq etmək üçün istifadə etmək imkanı verir", - fəal qeyd edib.
N.Şeko əlavə edib ki, platformada iştirak etmək təkcə öyrənmək üçün şans deyil, həm də qlobal çağırışların həllinə töhfə vermək imkanıdır: "Bu gün mənim üçün xüsusi gündür və əminəm ki, bu təcrübə yeni nailiyyətlərə gedən yolda mühüm mərhələ olacaq".
Oxşar xəbərlər
Avstraliya COP29-da əhəmiyyətli iqlim investisiyalarını elan edir
COP29: Gənclər iqlim gündəliklərinin inkişafında yeni perspektivlər açır
BMT rəsmisi: Qlobal Cənub QHT Platformas müstəmləkəçiliyə qarşı birgə mübarizə müstəvisidir
Prezident: Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk
Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
