Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq
sizinxeber.az xəbər saytı

Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq


Gələn ay 100-ə yaxın ölkədən qeyri-hökumət təşkilatlarının iştirakı ilə Qlobal Cənub QHT Platformasının Bakıda təsis yığıncağı keçiriləcək.

Bu barədə "Report"a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.

O bildirib ki, son vaxtlar Azərbaycan QHT-lərinin təşəbbüslərinə xarici QHT-lər tərəfindən güclü dəstək müşahidə edilir.

Ü.Qarayeva Qlobal Cənub QHT Platforması ideyasının COP29 dövründə yarandığını qeyd edib.

"Ötən il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb", - qurum rəsmisi əlavə edib.

Onun sözlərinə görə, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkənin QHT tarixində ilk dəfə baş verib:

"Sonrakı dövrdə də xarici QHT-lər Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını bəyan edib və Azərbaycanın bu prosesdəki rolunu təqdir edib".

Oxşar xəbərlər

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
100 ölkədən 500 xarici QHT COP29-da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb
COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir
Ramil İsgəndərli: COP29 ərəfəsində keçirilən bu tədbir yerli QHT-lərin yaşıl dünyaya töhfəsidir
Prezident: Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər