Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: "Futbolda inam olduğu müddətdə hər şey mümkündür"
sizinxeber.az xəbər saytı

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: "Futbolda inam olduğu müddətdə hər şey mümkündür"


Futbolda inam olduğu müddətdə hər şey mümkündür.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Rudi Qarsiya Seneqal yığmasına qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qalib gəldikləri görüşü dəyərləndirib:

"Futbolda inam olduğu müddətdə hər şey mümkündür. Bu komandanın gücü təkcə start heyətində deyil, sonradan meydana daxil olan futbolçulardadır. Çünki uğur qazanmaq üçün təkcə 11 oyunçu kifayət etmir. İlk hissənin ortalarından etibarən lazımi düzəlişləri etdik. Həlledici ötürmələri ehtiyac olmadığı halda çox uzaq məsafədən verməyə çalışırdıq. Bu çatışmazlığı aradan qaldırdıq və rəqib ikinci qolu vursa da, oyunumuz xeyli yaxşılaşdı".

Qeyd edək ki, Belçika Seneqal seçməsinə 3:2 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

Oxşar xəbərlər

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: "Misir kimi komandalara boşluq vermək olmaz"
Rudi Qarsiya: "Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik"
Pap Tyav: "Belçikaya məğlubliyyət bizim üçün çox ağırdır"
Rudi Qarsiya: "Kənardan gələn fikirlər motivasiya mənbəyimiz deyil"
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər