Serqey Barbarez: "Bosniya və Herseqovina milisi olaraq tarix yazmağı bacarmadığımız üçün kədərliyəm"
Bosniya və Herseqovina millisinin baş məşqçisi Serqey Barbarez DÇ-2026-da tarix yaza bilmədikləri üçün kədərlidir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi özü mundialın 1/16 final mərhələsində ABŞ-yə qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis məğlubiyyətin üzücü olduğunu bildirib:
"Məğlub olanda həmişə nəyinsə çatmadığını düşünürsən. Təəssüf ki, oyuna nəzarət etdiyimiz vaxtda öz səhvimizdən çox əlverişsiz anda qol buraxdıq. İkinci hissədə vəziyyəti dəyişmək üçün əlimizdən gələni etdik. Bu gənc futbolçular tərifə layiqdirlər. Mən bu oyunçuları həqiqətən çox sevirəm. Üz ifadəm hər şeyi deyir. Tarix yazmağı bacarmadığımız üçün kədərliyəm. Amma futbolçularımla qürur duyduğum üçün eyni zamanda xoşbəxtəm. Həyat davam edir və biz də yolumuza davam edəcəyik".
Qeyd edək ki, ABŞ Bosniya və Herseqovina seçməsinə 2:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
Oxşar xəbərlər
Serqey Barbarez: "Bosniya və Herseqovina yığması Qətərlə matçda qələbəyə layiq idi"
Serqey Barbarez: "Hesabda irəlidə olarkən qalib gələ bilməmək çox üzücüdür"
Maurisio Poçettino: "Futbolçularım böyük xarakter nümayiş etdirdilər"
“Neftçi” Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib
Jelka Tsviyanoviç: Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
