Pentaqon Ukraynanın süni intellektlə idarə olunan dron sürüsü texnologiyasında maraqlıdır
ABŞ-ın pilotsuz uçuş aparatları istehsalçısı Powerus və Ukraynanın Swarmer şirkəti Pentaqon üçün dron sürülərinin idarə olunması texnologiyasına malik pilotsuz aparatların istehsalı üzrə əməkdaşlığa başlayıb.
Bu barədə "Forbes" nəşri məlumat yayıb.
Məlumata görə, hər iki şirkət Pentaqonun ucuz FPV zərbə dronlarının istehsalını artırmağı hədəfləyən Drone Dominance Program proqramında iştirak edir. Hazırlanan texnologiya bir operatora eyni vaxtda bir neçə pilotsuz aparatı idarə etməyə imkan verəcək.
"Powerus" şirkətinin prezidenti Brett Veliçeviç bildirib ki, dron sürüləri döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırır və məqsəd insan faktorunu tamamilə aradan qaldırmaq deyil.
Nəşrin məlumatına görə, ABŞ hazırda ildə təxminən 50 min dron istehsal edir. Halbuki mövcud tələbat milyonlarla pilotsuz aparatın istehsalını zəruri edir. Bu göstəriciyə isə artıq Ukrayna və Rusiya çatıb.
Pentaqon tender çərçivəsində bir dron üçün maksimal qiyməti 5 min dollar müəyyən edib. Ukraynada könüllülər tərəfindən hazırlanan FPV dronlarının qiyməti 500 dollardan aşağı olsa da, ABŞ standartları Çin istehsalı komponentlərdən imtina, yüksək əməkhaqqı və elektronikanın sertifikatlaşdırılması kimi əlavə tələblər irəli sürür.
Powerus şirkəti bu qiymətin kifayət qədər əlverişli olduğunu hesab edir və artıq pilotsuz uçuş aparatlarının hazırlanması üçün 30 milyon dollar investisiya cəlb etdiyini, layihələrə süni intellekt əsasında avtonom uçuş funksiyalarını əlavə etdiyini açıqlayıb.
Oxşar xəbərlər
WSJ: Pentaqon PUA buraxılışını artırmaq üçün dron istehsalçıları ilə müqavilələr imzalaya bilər
Ukraynanın Krıma dron zərbələri nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb
KİV: Fransanın "Renault" şirkəti Ukraynada dron istehsal edən zavod açacaq
Ukrayna ABŞ-la birgə yüz minlərlə dron istehsal edəcək
Zelenski İrlandiyaya "Drone Deal" müdafiə sazişi təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
