Renyin Li: Azərbaycan-Çin əməkdaşlığı "yaşıl gələcəy"in qurulmasına əhəmiyyətli töhfə verəcək
Azərbaycan və Çin arasında əməkdaşlıq daha təmiz və yaşıl gələcəyin qurulmasına əhəmiyyətli töhfə verəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün baş katibinin müavini Renyin Li Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində panel müzakirəsində bildirib.
R.Li Prezident İlham Əliyevin Çinə son səfərinin əhəmiyyətini vurğulayaraq, ölkələr arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib.
"Ölkələrimiz daim bir-birini dəstəkləyir, bu, özünü inkişaf və dayanıqlılıq sahəsində ümumi məqsədlərə nail olunmasında da göstərir. Azərbaycan-Çin strateji tərəfdaşlığı hörmət, bərabərlik və daha ədalətli dünya qurmaq üçün ümumi öhdəliyə əsaslanır. Biz həmçinin birlikdə digər ölkələri iqlim dəyişiklikləri ilə mübarizəni dəstəkləməyə və beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməyə çağırırıq. İnkişaf etməkdə olan ölkələrə zəruri maliyyə, texnoloji və institusional dəstəyin göstərilməsinə xüsusi diqqət yetirilir", - o vurğulayıb.
Oxşar xəbərlər
Vyetnam inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirməyə çağırır
Vladanka Andreyeva: Azərbaycandakı forum vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə töhfə verəcək
Direktor müavini: Azərbaycan təmiz enerji üzrə region ölkələrinə nümunə olacaq addımlar atır
BMT Baş katibinin müavini COP29 konfransının əhəmiyyətindən bəhs edib
Əli Əhmədov: Azərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
