Direktor müavini: Azərbaycan təmiz enerji üzrə region ölkələrinə nümunə olacaq addımlar atır
sizinxeber.az xəbər saytı

Direktor müavini: Azərbaycan təmiz enerji üzrə region ölkələrinə nümunə olacaq addımlar atır


Azərbaycanın tutduğu mövqe, Pakistan və Türkiyə ilə iqtisadi əlaqələri daha da genişləndirməsi İƏT-in inkiaşfına mühüm töhfə verəcək.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsində deyib.

O qeyd edib ki, İƏT ölkələri ilə Azərbaycanın iqtisadi əlaqələrində müsbət saldo var:

“Birinci sıx əlaqəmiz Türkiyə ilə mövcuddur, ancaq digər ölkələrlə də iqtisadi əlaqələri sağlam təməllər üzərində inkişaf etdirməyə çalışırıq. Bizim qeyri-neft sektoru üzrə ixracımızın yönələcəyi ölkələr arasında da İƏT üzvləri mühüm yer tutacaq.

Son illər Özbəkistan və Qazaxıstanla ticarət əlaqələrimiz dərinləşir. İranla da münasibətlərin yeni mərhələsində inkişaf görə bilərik. Təmiz enerji ilə bağlı müvafiq mərkəzin yaradılmasına töhfə verilməlidir”.

R.Hüseyn diqqətə çatdırıb ki, Azərbaycan təmiz enerji üzrə region ölkələrinə nümunə olacaq addımlar atır:

“Biz yaşıl enerji istiqamətində Mərkəzi Asiya ölkələrinə imkanlar təqdim edirik. Həmçinin Azərbaycan-Türkiyə-Avropa yaşıl enerji dəhlizi istiqamətində də işlər gedir. İƏT daxilində nəzərə çarpan problemlərdən biri digər ölkələrdə qərarların icra müddətinin çox vaxt almasıdır.

Münasibətlərin inkişafı üçün prosesin sürətıənəcəyinə ümid edirik. Qeyri-müəyyənliklər əsasən, İran və Əfqanıstanla bağlıdır. İranın digər ölkələr və Qərblə münasibəti bu təşkilatın layiq olduğu dəyəri alması üçün mühüm çağırışlar yaradır”.

Oxşar xəbərlər

XİN rəsmisi: Azərbaycan üçün İƏT-ə üzv ölkələrlə əməkdaşlıq əsas prioritetlərindəndir
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək
Nazir: Azərbaycanın D-8-ə qoşulması Pakistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
Deputat: "İƏT-in Təmiz Enerji Mərkəzi Azərbaycanın bu sahədə strateji prioritetləri üçün mühüm platforma olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər