XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
O, Minsk qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbini qarşı tərəfin diqqətinə çatdırıb:
“ATƏT-in Minsk qrupu məhz Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuşdu və artıq ərazimiz işğaldan azad edilib. Ona görə də Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur. Əgər Ermənistan həqiqətən də məsələnin tam həllində maraqlıdırsa, Minsk qrupu və onunla əlaqədar strukturların fəaliyyətinin davam etdirilməsində təkid etməməlidir".
C.Bayramov həmçinin bildirib ki, hazırda normallaşma prosesi getsə də, Ermənistanın silahlanması və silahlandırılması narahatlıq doğurur.
Eyni zamanda nazir ATƏT-in Baş katibini Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə də məlumatlandırıb.
Oxşar xəbərlər
Zaxarova: ATƏT-in Minsk qrupu və onunla bağlı institutlar ləğv edilməlidir
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
Ceyhun Bayramov: Ermənistan Minsk qrupunun ləğvi üçün müvafiq addımlar atmalıdır
Nazir Azərbaycanın Ermənistandan gözləntilərini açıqlayıb
Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
