Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb


Baş nazir Əli Əsədov aprelin 11-də Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Dünən Bakı şəhərində açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunulub, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığı diqqətə çatdırılıb.

Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlanıb. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Qətər Mədəniyyəti Günlərinin açılışı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı inkişaf edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər