Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Bakıda aprelin 10-dan 13-dək Qətər Mədəniyyəti Günləri keçiriləcək.
Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, aprelin 10-da saat 15:00-dan etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar.
Həmçinin həmin müddət ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcək.
Eyni zamanda həmin gün Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.
2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Qeyd edək ki, bundan əvvəl Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında ölkəmizdə keçirilib.
Azərbaycanla Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir. Ölkələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir.
Oxşar xəbərlər
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Ukrayna Kino Günləri keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












