Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 11-də Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.
“Sizinxeber.az”a Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirildi.
Tərəflər dünən Bakıda açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunublar, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığını diqqətə çatdırıblar.
Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlandı. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulandı.
Görüşdə Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
Oxşar xəbərlər
Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev Qətər əmiri ilə ikitərəfli əlaqələri və investisiya layihələrini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyaların artırılması müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













