Gürcüstan Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycan Prezidentinə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Gürcüstan Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycan Prezidentinə təşəkkür edib


Gürcüstan Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Azərbaycan Prezidenti İlham Əliyevə Gürcüstana dəstəyinə görə təşəkkür edib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Samxaradze Avropa bürokratiyasının inteqrasiya məsələlərindən Gürcüstanın daxili işlərinə müdaxilə üçün təzyiq vasitəsi kimi istifadə etdiyini deyib.

“İlham Əliyevə bu ən çətin anda Gürcüstana və gürcü xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirəm”, - Smaxaradze qeyd edib.

Komitə sədri vurğulayıb ki ki, Avropa İttifaqının hazırkı bürokratiyası Gürcüstana qarşı ədalətsiz davranır və Avropa İttifaqına inteqrasiya prosesindən Gürcüstana və gürcü xalqına təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. O, Gürcüstandakı qütbləşmənin ölkənin xarici tərəfdaşların yanaşmasının nəticəsi olduğunu vurğulayıb.

“Bu, çox üzücüdür, amma fakt olaraq qalır və bu, heç kim üçün yeni deyil. Dünyada getdikcə daha çox insan əmin olur ki, bu gün Gürcüstanda baş verənlər, o cümlədən bu sünii qütbləşmə əsasən bizim xarici tərəfdaşlarımızın mərifətidir. Ümid edirik ki, bu yanaşmalara yenidən baxılacaq. Avropa İttifaqına üzvlük Gürcüstan üçün ən siyasi vəzifə olaraq qalacaq və biz Avropa İttifaqının Gürcüstana qarşı ədalətli yanaşma göstərəcəyinə ümid edirik”, - Nikoloz Samxaradze qeyd edib.

Oxşar xəbərlər

Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Kavelaşvili: Gürcüstan Avropa ölkələri üçün suverenlik nümunəsinə çevrilə bilər
ATƏT PA-nın sədri Gürcüstana səfərini təxirə salıb - YENİLƏNİB
ATƏT PA-nın sədri Gürcüstana səfərini təxirə salıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle