İlham Əliyev: Hazırda ABŞ-la çox güclü münasibətlər bölgəmiz üçün vacibdir
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Hazırda ABŞ-la çox güclü münasibətlər bölgəmiz üçün vacibdir


Onların (Tramp Administrasiyası – red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir.

"Sizinxeber.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var.

İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Hazırda ABŞ-la çox güclü münasibətlər bölgəmiz üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Baydenin dövründə Azərbaycanla münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər