Ərdoğanın baş müşaviri: Qarabağın azad olunması Cənubi Qafqazın inkişafına mühüm töhfələr verəcək
Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir.
APA xəbər verir ki, bunu Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumunun “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” panelində Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan deyib.
"Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir. Hazırda dünyada müxtəlif siyasi və iqtisadi güc mərkəzləri mövcuddur. Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir. Türkiyə bu mənada hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Türkiyə regionda sülhün və sabitliyin möhkəmləndirilməsini dəstəkləyir. Əlbəttə ki, Qarabağın işğaldan azad olunması təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına mühüm töhfələr verəcək. Hazırda vacib regional əməkdaşlıq platformalarından biri də hər birinizə yaxşı məlum olan "3+3"dür”, - Çağrı Erhan vurğulayıb.
O, eyni zamanda, qeyd edib ki, təkcə avtomobil və digər nəqliyyat dəhlizləri deyil, enerji dəhlizlərinin də inkişafının təşviqi regional əməkdaşlıqda mühüm rol oynayacaq.
Türkiyəli siyasətçi vurğulayıb ki, Azərbaycan qlobal bazarları neft və neft məhsulları ilə təchiz edir.
“Azərbaycan Cənubi Qafqaz regionunda öz maraqları çərçivəsində siyasət yeridən ölkədir və Türkiyə Azərbaycanın bu istiqamətdəki siyasi gedişlərini dəstəkləyir”, - Çağrı Erhan əlavə edib.
Oxşar xəbərlər
Ştaynmayer: Almaniya Cənubi Qafqaz regionunda heç vaxt qeyri-sülh şəraiti ilə barışmayıb
7-ci ADA Siyasi Forumu iştirakçıları Xankəndi şəhərinə çatıb - FOTO - YENİLƏNİB
Xankəndidə 7-ci ADA Siyasi Forumu başlayıb - FOTO
Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Ceyhun Bayramov Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
