Ceyhun Bayramov BƏƏ-dən olan həmkarını Cənubi Qafqazdakı vəziyyət barədə məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarını Cənubi Qafqazdakı vəziyyət barədə məlumatlandırıb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayid Əl Nəhyan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, iqtisadiyyat, ticarət, energetika, həmçinin regional və qlobal hadisələrə xüsusi diqqət ayırıblar.

Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda qeyd olunub ki, iki ölkə arasında əməkdaşlığın inkişafında siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə regional bərpa və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb, mövcud çağırışlar, o cümlədən mina təhdidi, habelə Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında Azərbaycana qarşı davam etdirilən ərazi iddialarından bəhs edib.  

Birləşmiş Ərəb Əmirliklərinin minasızlaşdırma sahəsində dəstəyinin, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi dəstəyin əhəmiyyəti məmnunluqla qeyd olunub. 

Oxşar xəbərlər

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə ediblər
Azərbaycan və BƏƏ XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə edib
Ceyhun Bayramov Türkiyənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi ilə görüşüb
Azərbaycan və Latviya XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər