Türkiyənin vitse-prezidenti: Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq
sizinxeber.az xəbər saytı

Türkiyənin vitse-prezidenti: Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq


Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, məktubda qarşılıqlı yüksək səviyyəli intensiv səfərlər və təmasların ölkələrimiz arasında müstəsna qardaşlıq əlaqələri və gündən-günə inkişaf edən əməkdaşlığın ruhunu əks etdirdiyi vurğulanıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin bir müddət əvvəl Türkiyəyə səfəri və səfər zamanı açılışı olan İğdır-Naxçıvan Qaz Kəməri bunun ən bariz nümunələrindən birini təşkil edir: “Can Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı və həmrəyliyimizi həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda və regional mexanizmlərdə nümunəvi səviyyədə davam etdirməkdən məmnunuq. Münasibətlərimizi strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsi bizim "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdirdiyimiz qardaşlığımızın yeni nişanəsinə çevrilib. Şuşa Bəyannaməsi ilə yüksək səviyyəyə çatdırdığımız sarsılmaz dostluq və qardaşlıq tellərindən aldığımız güc-qüvvə ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi işinə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha qeyd etmək istəyirəm”.

Cevdet Yılmaz Əli Əsədovu Ramazan bayramı münasibətilə də təbrik edib.

Oxşar xəbərlər

Türkiyənin vitse-prezidenti Azərbaycan Baş nazirinə məktub ünvanlayıb
Kobaxidze: Azərbaycanla möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirməyə hazırıq
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib
Əli Əsədov Türkiyə vitse-prezidenti Cevdet Yılmaza başsağlığı verib
Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər