Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb


Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev oktyabrın 4-də Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunçla görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin birgə səyləri ilə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində aparılan ardıcıl islahatlar barədə məlumat verilib.
İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov görüşdə iştirak edib.

Oxşar xəbərlər

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər