Bakı ən böyük sərgiyə ev sahibliyi edəcək
sizinxeber.az xəbər saytı

Bakı ən böyük sərgiyə ev sahibliyi edəcək


Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) əsas platformalarından biri – “Urban Expo” sərgisi miqyasına görə WUF tarixinin ən böyük sərgisi olacaq.

Kult.az xəbər verir ki, 3,5 hektarlıq sərgi sahəsini əhatə edəcək sərgi Bakı Olimpiya Stadionunu mənzil həlləri, innovasiya və əməkdaşlığın qlobal nümayişi məkanına çevirəcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 217 təşkilat iştirak edəcək, 66 ölkə isə milli pavilyonlarla təmsil olunacaq.

“Urban Expo” çərçivəsində milli pavilyonlar, icmaəsaslı təşəbbüslər, startap innovasiyaları və yeni yaradılmış Biznes və İnnovasiya Mərkəzi təqdim ediləcək. Burada mənzil təminatı, iqlim dayanıqlılığı, əlçatanlıq və inklüziv şəhər inkişafı sahələrində praktik yanaşmalar nümayiş etdiriləcək.

Sessiya çərçivəsində öyrənmə, əməkdaşlıq və praktiki fəaliyyətlərin gücləndirilməsi məqsədilə üç yeni imkan da təqdim olunacaq.

WUF Akademiyası akademik dairələri, tədqiqatçıları və peşəkarları bir araya gətirərək öyrənmə və təcrübə mübadiləsi üçün xüsusi platforma rolunu oynayacaq.

Biznes və İnnovasiya Mərkəzi şəhər dəyər zəncirinin müxtəlif istiqamətlərində liderliyi, innovativ yanaşmaları və praktik mənzil həllərini ön plana çıxaracaq.

Yeni Təcrübələr Mərkəzində isə mənzil və şəhər inkişafı sahəsində dünyada tətbiq olunan real təcrübələr və miqyaslana bilən həllər nümayiş etdiriləcək.

Qeyd edək ki, bu yeni məkanlar ideyaların, biliklərin və tərəfdaşlıqların birləşdirilməsi yolu ilə mənzil və dayanıqlı şəhərləşmə sahəsində fəaliyyətin sürətləndirilməsinə töhfə verəcək.

Oxşar xəbərlər

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakıda dünyanın ən mühüm şəhərsalma sərgisi keçiriləcək
WUF13 öncəsi "Bakı şəhərsalma həftəsi" təşkil ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər