Daniel Dübuа: Fransa öz müstəmləkələrindəki xalqların hüquqlarını tapdalamaqdadır
Fransanın imperialist rejimi tərəfindən müstəmləkələşdirilmiş ərazilərin xalqlarının əsas hüquqlarının pozulması rəsmi Paris bu zalım sistemdən azad olana qədər davam edəcək.
“Report” xəbər verir ki, bunu Martinika Ədliyyə Kollektivinin ictimaiyyət və gənclərlə əlaqələr şöbəsinin rəhbəri Daniel Dübua Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda bildirib.
D.Dübuа vurğulayıb ki, beynəlxalq normalar və hüquqların mövcudluğuna baxmayaraq, Fransa xüsusilə öz dənizaşırı ərazilərində insan hüquqlarının, azadlığın, əmlakın və təhlükəsizliyin qorunmasının təmin edilməsi ilə bağlı konstitusiyanın tələblərini kobud şəkildə pozur.
"Fransa bizim azadlıqlarımızı tapdalamağı dayandırana və bizi öz müstəmləkə sistemindən azad edənə qədər hüquqlarımız uğrunda mübarizəni dayandırmayacağıq", - D.Dubua vurğulayıb.
O, Martinika xalqının tam qələbə və həqiqi müstəqillik əldə edənə qədər müstəmləkə zülmünə qarşı müqaviməti davam etdirmək əzmini ifadə edib.
Oxşar xəbərlər
Martinikalı nümayəndə: Fransanın təzyiqinə baxmayaraq, xalqımız milli kimliyini qoruyur
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
Jaklin Defonten: Fransanın siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib
Martinik nümayəndəsi: Fransa öz konstitusiyasına zidd olaraq hüquqları pozur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
