Martinikalı nümayəndə: Fransanın təzyiqinə baxmayaraq, xalqımız milli kimliyini qoruyur
Martinika Fransanın milli kimliyi məhv etməyə yönəlmiş assimilyasiya siyasətinə baxmayaraq, iqtisadi və mədəni müstəqillik uğrunda mübarizəsini davam etdirir.
“Report” xəbər verir ki, bunu Martinika Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMAS) şöbə rəhbəri Luici Bule Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda bildirib.
L.Bulenin sözlərinə görə, Martinikanın iqtisadiyyatı hələ də metropoliyadan tamamilə asılıdır və bu da onun inkişafını əhəmiyyətli dərəcədə ləngidır:
"Bizim azad iqtisadiyyatımız yoxdur. İxracımızın əsasını şəkər və banan təşkil edir, lakin bu sahələr Fransanın nəzarətində olduğundan, martinikalılar öz resurslarından real fayda əldə etmirlər".
O vurğulayıb ki, adadakı təhsil sistemi və hüquq-mühafizə orqanları Fransa hökumətinin maraqlarına xidmət edir.
L.Bule bildirib ki, Fransa adada həyata keçirdiyi assimilyasiya siyasətini təbii proses kimi təqdim etməyə çalışır: “Lakin Martinika sakinləri öz dillərində danışırlar və adət-ənənələrini qoruyurlar. Bu, bizim azadlığa gedən yolumuzdur".
Oxşar xəbərlər
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
Fransua Benedetti: Korsika Fransanın siyasəti üzündən keçmişindən və indisindən məhrum edilib
“Tavini Huiraatira” partiyasının baş katibi: Məcburi assimilyasiya yerli xalqların mədəniyyətini məhv edir
Baş katib: Fransa səsimizi boğmağa çalışır
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
