Yeni Kaledoniyalı deputat: Tələblərimiz eşidilməsə, mübarizəmiz müharibəyə çevriləcək
sizinxeber.az xəbər saytı

Yeni Kaledoniyalı deputat: Tələblərimiz eşidilməsə, mübarizəmiz müharibəyə çevriləcək


Yeni Kaledoniyalı deputat antikolonial tələblərinin eşidilməyəcəyi təqdirdə, mübarizələrinin müharibəyə çevriləcəyini bəyan edib.

"Sizinxeber.az" xəbər verir ki, Yeni Kaledoniya parlamentinin üzvü Maria İzabella Saliqa bu barədə Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda danışıb.

O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada yerli xalqa qarşı assimilyasiya siyasətini davam etdirir:

"Hazırda ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi, BRICS-in, böyük qüvvələrin güclənməsi göstərir ki, insanlığa qarşı təzyiqlər artır. Makronun bizi saldığı vəziyyət yalnız onun öz eqosuna xidmət edir. Ciddi təhdidlərlə üz-üzəyiq”.

O qeyd edib ki, Bakı müstəmləkəyə məruz qalan xalqlar üçün dekolonizasiya mərkəzinə çevirib:

"Tələblərimizi buradan dünyaya çatdırmağa çalışırıq. Bunun nəticəsi olmasa, mübarizəmiz müharibəyə çevriləcək”.

Oxşar xəbərlər

Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir - FOTO
Bakıda "Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə mətbuat konfransı keçirilib - FOTO
Yeni Kaledoniyada Fransa müstəmləkəsi olan ərazilərin ilk konqresi keçirilir - FOTO - VİDEO
Edel Tadal: “Fransanın hərbi gücünü itirməsi Qviana üçün yeni imkanlar açır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər