Yeni Kaledoniyada Fransa müstəmləkəsi olan ərazilərin ilk konqresi keçirilir - FOTO - VİDEO
Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin bu ilin ilk konqresi keçirilir.
Sizinxeber.az xəbər verir ki, tədbirdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edir.
İkigünlük tədbirin ilk günündə konqres iştirakçıları Yeni Kaledoniyanın Adət-Ənənə Senatını, Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan əsas siyasi qüvvə - Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) iqamətgahını və Yeni Kaledoniyalı siyasi məhbuslarına dəstək kollektivini ziyarət edib, müzakirələr aparıblar.
Bakı Təşəbbüs Qrupunun nümayəndəsinə viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresdə iştirak edə bilməyib.
Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.
Oxşar xəbərlər
Yeni kaledoniyalı assosiasiya sədri: Fransa dominantlığından azad olmaq istəyirik
BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək
Yeni Kaledoniya nümayəndəsi: “Hələ də Fransa müstəmləkəçiliyinin mənfi nəticələrini yaşayırıq”
Bakıda Fransa müstəmləkəsi olan Reyunyon adası ilə bağlı beynəlxalq konfrans keçirilir - FOTO
BMT-nin tədbirində Fransanın cinayətləri pislənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













