Səfir: Azərbaycan Yaponiya üçün vacib tərəfdaş ölkədir
Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 ildən çox müddət keçib. Bu müddət ərzində ölkələrimiz arasında çox gözəl münasibət yaranıb və inkişaf edib.
APA xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan Avropa ilə Asiyanın arasında yerləşir və ona görə də gələcəkdə həyata keçiriləcək logistik layihələr üçün Yaponiya üçün önəmli ölkədir”, - diplomat qeyd edib.
Səfir bildirib ki, Yaponiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq indiyə qədər çox yüksək templə inkişaf edib: “Energetika sahəsində neft-qaz sahəsində əməkdaşlıq indiyə qədər çox yüksək templə inkişaf edib. Bundan sonra da əməkdaşlığımızı müxtəlif sahələrdə inkişaf etdirmək niyyətindəyik”.
Oxşar xəbərlər
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Elnur Məmmədov Yaponiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
Yaponiya hava məkanını pozan Çinə görə döyüş təyyarələri qaldırıb
Səfir: Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













