Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb
Azərbaycan Milli QHT Forumu ABŞ Prezidenti cənab Donald Trampa və DOGE rəhbəri İlon Maska müraciət ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, müraciətdə Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu olaraq USAID-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirdirdikləri qətiyyətə, güclü iradəyə görə onlara minnətdarlığı bildirilib.
"Təəssüflər olsun ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub.
İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-ın müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.
Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz.
600-dən çox üzv QHT-yə malik təşkilat kimi Azərbaycan ictimaiyyətinin belə bir araşdırmanın nəticələrini, qrant dəllal və dələduzlarının de-şifrəsini səbirsizliklə gözlədiyini ifadə edirik", - müraciətdə vurğulanıb.
Oxşar xəbərlər
Rəsmi Bakı: USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərilib
Kobaxidze: USAİD-in maliyyəsi xeyriyyə məqsədlərinə istifadə edilməyib
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Tramp USAID işçilərini ixtisar etməyi planlaşdırır
Deputat: Dünyada hansı çirkin iş varsa, arxasından məhz USAİD çıxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
