sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
ABŞ prezidenti Donald Tramp ABŞ Federal Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib.
Sizinxeber.az xəbər verir ki, Tramp bunu Vaşinqtonda Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşü zamanı deyib.
"USAİD-ə baxanda bunların hamısı fırıldaqdır. Bu təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənir. Onun büdcəsinin hər bəndinə baxdığım zaman ya korrupsiya görürəm, ya da gülünc bir şey", - Tramp bildirib.
Qeyd edək ki, ABŞ hökuməti fevralın 3-də USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb. Tramp ABŞ dövlət katibi Marko Rubionu agentliyin müvəqqəti rəhbəri təyin edib.
Oxşar xəbərlər
Tramp USAID işçilərini ixtisar etməyi planlaşdırır
USAID-in internet saytı və onun X hesabı Trampın əmrindən sonra bağlanır
Tramp: USAID bağlanmalıdır
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır
Tramp 10 min USAID əməkdaşının yalnız 294-nü işdə saxlamaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
