Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) fevralın 7-də XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirib.
"Sizinxeber.az" xəbər verir ki, qəbulda Azərbaycandakı diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Mərkəzin baş katibi Rövşən Muradov çıxış edərək forumun əsas mövzularından, qlobal çağırışlar fonunda aparılacaq müzakirələrdən və dünyanın müxtəlif ölkələrindən gələcək ali səviyyəli qonaqlardan bəhs edib.
COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu və Milli Məclisin deputatı Nigar Arpadarai çıxış edərək COP29 çərçivəsində NGBM ilə birgə həyata keçirilən tədbirlər, eləcə də NGBM-in COP29-un uğuruna verdiyi töhfələr haqqında danışıb.
Bundan əlavə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva da çıxış edərək NGBM-in beynəlxalq arenada rolunu və BMT qurumları ilə olan sıx əməkdaşlığını vurğulayıb. O, Mərkəzin qlobal miqyasda nüfuzunun artmasının vacib olduğunu da söyləyib.
Daha sonra Latviyanın Azərbaycandakı səfiri çıxış edərək XII Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha diqqətə çatdırıb və NGBM-in beynəlxalq platformalarda aparıcı mövqeyini xüsusi qeyd edib.
XII Qlobal Bakı Forumu martın 13-15-də Bakı-da “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusunda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 300-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur.
Tədbirin rəsmi hissəsi XII Qlobal Bakı Forumunun promo videosunun nümayişi ilə başa çatıb.
FOTO: Mircavid Eminoğlu
Oxşar xəbərlər
BMT Baş Assambleyası çərcivəsində NGBM-in ali səviyyəli toplantısı keçiriləcək
Nizami Gəncəvinin "Xəmsə"sinə həsr olunan xatirə qəpiyi BMT Baş katibinə təqdim edilib
Muxtar Babayev NGBM-nin tədbirində iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasından danışıb
Vladanka Andreyeva: Qlobal problemlərin həlli çoxtərəfli dialoqun davam etdirilməsini tələb edir
Nigar Arpadarai: "Qlobal İqlim Fəaliyyəti Gündəliyini irəliyə aparmaq olar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
