Muxtar Babayev NGBM-nin tədbirində iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasından danışıb
sizinxeber.az xəbər saytı

Muxtar Babayev NGBM-nin tədbirində iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasından danışıb


COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə baş tutmuş yüksək səviyyəli tədbirdə iqlim dəyişikliyi fəsadlarının yumşaldılması barədə danışıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sosial şəbəkə hesabında məlumat verilib.

“COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasında etibar və qlobal idarəetmənin rolunu müzakirə etmək üçün NGBM ilə yüksək səviyyəli bir tədbirdə iştirak edib. O, etibar və hesabatlılığın COP prosesi üçün fundamental olduğunu vurğulayaraq onların iqlim öhdəlikləri üzrə qlobal fəaliyyətin təmin edilməsi üçün önəmini qeyd edib”, – paylaşımda bildirilib.

Xatırladaq ki, daha əvvəl Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, ayın əvvəlində NGBM BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Mərkəzin növbəti ali səviyyəli toplantısının keçiriləcəyinin anonsunu vermişdi.

Oxşar xəbərlər

Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
Muxtar Babayev: Dünyada son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb
Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi ilə COP29-a hazırlığı müzakirə edib
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər