Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2026
12:30
ff aaaaaaa

Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur

23 may, 2026
12:30
900

Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur

Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında edilən paylaşımda qeyd olunub.

"WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədi ilə nəticələndi - Sədrin Xülasəsi və Bakı Fəaliyyət Çağırışı. Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də, Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin beynəlxalq ictimaiyyət tərəfindən güclü şəkildə tanınmasından qürur duyuruq. Bu səylər dünya üzrə digər münaqişədən sonrakı kontekstlər üçün dəyərli nümunə kimi qeyd olunub", - dövlət başçısının paylaşımında bildirilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul