Almaniyada yaşayan azərbaycanlı Bob Menendezlə bağlı ABŞ Senatına müraciət edib
Almaniyanın Herford şəhərində yaşayan azərbaycanlı, beynəlxalq hüquq üzrə ekspert Asəf Askar senator Bob Menendezin Azərbaycanla bağlı apardığı çirkin kampaniyanın daha dərindən araşdırılması üçün ABŞ Senatına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Sizinxeber.az"a verilən məlumata görə, müraciətdə Bob Menendezin xarici siyasət, insan haqları və korrupsiyaya qarşı mübarizə mövzularından siyasi alət kimi istifadə etdiyi vurğulanıb.
Həmçinin, müraciətdə Bob Menendezin yalnız Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutmaqla kifayətlənmədiyi, eyni zamanda, ABŞ-nin öz milli maraqlarını da şəxsi mənfəətinə qurban verdiyi qeyd olunub.
Asəf Askar müraciətində xüsusi araşdırma komissiyasının yaradılmasını xahiş edib. ABŞ Konqresinin bu araşdırma nəticəsində daha ciddi korrupsiya faktlarını ortaya çıxaracağını bildirib.
Qeyd edək ki, Bob Menendez ABŞ Nümayəndələr Palatasının üzvü, ABŞ Senatının üzvü, Senatda Xarici Əlaqələr Komitəsinin sədri kimi fəaliyyət göstərib. 2025-ci ilin yanvar ayında korrupsiya və rüşvətxorluq ittihamları əsasında 11 il həbs cəzasına məhkum edilib. O, siyasi fəaliyyəti boyu Ermənistanın maraqlarını açıq şəkildə dəstəkləyib və Azərbaycana qarşı düşmən mövqedə olub.
Oxşar xəbərlər
Ermənipərəst senator Bob Menendez siyasi karyerasını bitirir
Korrupsiyada ittiham olunan ermənipərəst senator Menendez istefa verib
Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
