Ermənipərəst senator Bob Menendez siyasi karyerasını bitirir
Ermənipərəst senator Bob Menendez siyasi karyerasını avqustun 20-də bitirəcəyini açıqlayıb.
APA-nın “The New York Times”a istinadən xəbərinə görə, 2006-cı ildən ABŞ Senatının üzvü olan B. Menendez bu qərara ötən ay korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra gəlib.
Məlumata əsasən, barəsində oktyabrın 29-da hökm çıxarılacaq olan B. Menendezin ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi istisna edilmir.
Bu arada məlum olub ki, 70 yaşlı senator seçki öncəsi praymerizlərdə iştirak etməyib.
Qeyd edək ki, bu il iyulun 16-da ABŞ Andlılar Məhkəməsi Demokratlar partiyasından olan ermənipərəst senator Robert Menendezi korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilib.
Menendez həm ədalətin təntənəsinə mane olmaqda, həm də pul tələb etməkdə və fırıldaqçılıqda günahlandırılır.
Elan olunmuş ittihamlarla onu 20 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Menendes Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğu dövrdə fəal ermənipərəst mövqeyi və anti-Azərbaycan fəaliyyəti ilə diqqət çəkib.
Oxşar xəbərlər
Korrupsiyada ittiham olunan ermənipərəst senator Menendez istefa verib
Ermənipərəst senatorun məhkəməsi bu tarixdə olacaq
Korrupsiyada təqsirli bilinən ermənipərəst senator Menendes istefa verəcək
Korrupsiyada təqsirli bilinən ermənipərəst senator Menendes istefa verib - YENİLƏNİB
Ermənipərəst ABŞ senatoru 400 minlik qızıl külçələr şəklində rüşvət alıb - Yeni detallar üzə çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








