Korrupsiyada ittiham olunan ermənipərəst senator Menendez istefa verib
sizinxeber.az xəbər saytı

Korrupsiyada ittiham olunan ermənipərəst senator Menendez istefa verib


ABŞ Konqresinin Nyu-Cersi ştatından olan ermənipərəst senatoru Robert Menendez istefa verib.

APA xəbər verir ki, bu barədə Demokratlar Partiyasının Senatdakı bəyanatında deyilir.

ABŞ-da məhkəmə tərəfindən korrupsiyada təqsirli bilinən senator Robert Menendez artıq istefa ərizəsini təqdim edib.

Xatırladaq ki, o, bir neçə il Senatın xarici əlaqələr komitəsin sədri vəzifəsini də icra edib. Yaxınlarda Menendez korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilinib.

Oxşar xəbərlər

Korrupsiyada təqsirli bilinən ermənipərəst senator Menendes istefa verəcək
Ermənipərəst senatorun məhkəməsi bu tarixdə olacaq
ABŞ-də ermənipərəst senator Menendes Qətərə casusluqda ittiham olunub
Ermənipərəst ABŞ senatoru 400 minlik qızıl külçələr şəklində rüşvət alıb - Yeni detallar üzə çıxıb
Sloveniyanın ədliyyə naziri istefa verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər