Bakıda Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
22 yanvar 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Siyasi departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Lüksemburq arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.
Nazir müavini F. Rzayev ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən danışıb.
Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Belqradda Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












