

Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib
21 oktyabr 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Belçika Krallığının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçika Krallığının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitirəli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.
İqtisadi sahədə əlaqələrin inkişafı üçün ticarət döviriyyəsinin artırılması, enerji, nəqliyyat, yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyəti vurğulanıb, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Xalqlararası təmasların inkişafında mədəniyyət və təhsil kimi sahələrdə mübadilələrin artırılmasının səmərəli olacağı bildirilib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Məsləhətləşmələrdə regional məsələlər də diqqət mərkəzində olub. Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.
Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb
Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Belqradda Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
