Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaq


Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismarı üçün birgə səylərin əhəmiyyəti xüsusilə qeyd edilməlidir, Azərbaycanın əlavə investisiyası və Gürcüstanın səyləri nəticəsində xətt üzrə yükdaşıma qabiliyyəti bir milyondan 5 milyona yüksəldilib.

APA xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında deyib. Hökümət başçısı BTQ-nin artıq Orta Dəhlizin vacib elementlərindən biri olduğunu vurğulayıb.


“Xəzər dənizinin ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Ticarət Limanı Orta Dəhlizin mühüm həlqəsidir. Hazırda limanın yükdaşıma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində aktiv işlər aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Biz çox şadıq ki, bu gün müvafiq qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaqlar. Bütün bunlar qitələrarası sövdələşmələrdə mühüm tranzit bağları kimi Azərbaycan və Gürcüstanın rolunu gücləndirir”, - Azərbaycanın Baş naziri bildirib.

Oxşar xəbərlər

Kobaxidze: Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir
Gürcüstan və Çin Orta Dəhlizin inkişafı haqqında saziş imzalayıb
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin imkanları haqqında məlumatlandırıb - FOTO
Bakıda Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər