Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının seçki proqramını təqdim edərkən deyib.
O, bildirib ki, uzunluğu 1155 kilometr olacaq ötürücü kabel Avropaya elektrik enerjisinin ixracına imkan verəcək, həmçinin Avropa ilə internet əlaqəsini daha sürətli edəcək.
“Bu layihənin həyata keçirilməsi çox vacibdir. Bizim tərəfdaşlarımız konkret ölkələrdir: Rumıniya, Azərbaycan, Macarıstan. Bu çox mühüm layihə onlarla tərəfdaşlıq şəraitində həyata keçiriləcək”, - deyə İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, 2022-ci ilin 17 dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb.
Rumıniyanın paytaxtı Buxarestdə baş tutan imzalanma mərasimində sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. Kotroseni sarayında (Rumıniya Prezidentinin rəsmi iqamətgahı) baş tutan imzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edib.
Oxşar xəbərlər
Gürcüstan Anaklia limanını 2029-cu ilədək istifadəyə verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siyarto Qara dəniz sualtı kabel layihəsinin geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşdığını bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqların başlanma vaxtının Gürcüstan üçün vacib olmadığını deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












