İrakli Kobaxidzenin Azərbaycana səfər proqramı açıqlanıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədov ilə təkbətək görüşlər keçirəcək.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bildirilib ki, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 10-cu iclası keçiriləcək.
Qeyd olunub ki, Kobaxidze Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə Azərbaycanın paytaxtına səfər edib.
Oxşar xəbərlər
Kobaxidze Azərbaycana gəlir
Gürcüstanın Baş nazirinin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir
Gürcüstanın Baş naziri Azərbaycana gəlir
Kobaxidze ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi DİN rəhbərini özünə müavin təyin edib
Gürcüstan XİN başçısı bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
