Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək
Rusiya, Azərbaycan və İran arasında yanvarın 28-də nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək.
APA “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiyanın nəqliyyat naziri Roman Starovoyt arasında baş tutan danışıqlarda məlumat verilib.
"Videobağlantı şəklində keçirilən görüşdə tərəflər birgə əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması və 2025-ci il üçün yol xəritəsinin hazırlanması, Rəşt-Astara dəmir yolunun tikintisi, yanvarın 28-də İran-Rusiya-Azərbaycan üçtərəfli görüşünün keçirilməsi, o cümlədən Xəzər dənizinin şərq hissəsinin buraxılış gücündən maksimum istifadə edilməsi kimi bir sıra məsələləri müzakirə ediblər", - agentlik qeyd edib
İranlı nazir Əmirabad və Xəzər limanlarının dəmir yolu şəbəkəsinə qoşulmasını və Şimal-Cənub dəhlizinin kommersiyalaşdırılması üçün tədbirlərin görülməsini nəzərə alaraq Xəzər dənizindən maksimum istifadənin zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüşün vaxtı açıqlanıb
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Azərbaycan və İran XİN rəhbərləri görüşüb
Rusiya “Zəngəzur dəhlizi”ni dəstəklədiyinə görə bu ölkənin səfiri İran XİN-ə çağırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












