BMT Baş katibi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir
BMT Baş katibi Antonio Quterreş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir.
Bunu “Sizinxeber.az”un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Florencia Soto Nino bildirib.
O, qeyd edib ki, Baş katib faciəvi təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün araşdırmaların aparıldığından məlumatlıdır: “Biz Qazaxıstan Respublikasının hakimiyyət orqanlarının Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində faciəli hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmaya başladığını qeyd edirik. Nəticəni gözləyərkən Baş katib bir daha qurbanların ailələrinə və zərər çəkmiş xalqlara dərin hüznlə başsağlığı və başsağlığı verir”, - sözçü bildirib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan, AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəzada 38 nəfər faciəvi şəkildə həyatını itirib.
Oxşar xəbərlər
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
BMT-nin Baş katibi təyyarə qəzası ilə bağlı başsağlığı verib
“Embraer” şirkəti təyyarə qəzası ilə bağlı kömək etməyə hazır olduğunu açıqlayıb
Moldova AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İsrail Prezidenti Azərbaycana başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












