İsrail Prezidenti Azərbaycana başsağlığı verib
İsrail Prezidenti İsxak Hersoq AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Bu gün səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarının Bakıdan uçan təyyarəsinin dəhşətli faciəsi məni çox kədərləndirdi. İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş şəxslərə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm", -İsrail Prezidenti qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
Oxşar xəbərlər
Fransa səfirliyi Azərbaycana başsağlığı verib
Avropa İttifaqının Bakı nümayəndəliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Vladanka Andreyeva Azərbaycana başsağlığı verib
Belçika səfiri AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib
Ersin Tatar təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













