Qazaxıstan səfiri Azərbaycana təyyarə qəzası ilə bağlı başsağlığı verib
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin teleqram kanalında deyilir.
“Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin ağrı ilə aldım. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi adından həlak olanların yaxınlarına başsağlığı verirəm. Yerləri cənnət olsun! Xəsarət alanlara tezliklə şəfa diləyirəm”, - məlumatda deyilir.
Diplomat vurğulayıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə təyyarə qəzasının səbəblərini araşdırmaq və ilk yardımın göstərilməsi üçün Hökumət Komissiyası yaradılıb.
“Hazırda hər iki ölkənin səlahiyyətli orqanları birlikdə bütün lazımi tədbirləri görürlər. Qazaxıstanın tibb müəssisələri müvafiq yardım göstərir və Aktaunun bir çox qayğıkeş sakinləri yaralılar üçün qan verirlər. Qazaxıstanlılar Azərbaycanın səfirliyinə və baş konsulluğunun qarşısına güllər gətirirlər. Qazaxıstanın Bakıdakı səfirliyində bayraq yarıya qədər endirilib. Əminəm ki, Qazaxıstan və Azərbaycan bu sınaqdan qardaşlıq və qarşılıqlı yardım ruhunda çıxacaq. Biz birlikdəyik”.
Oxşar xəbərlər
Fransa səfirliyi Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident başsağlığı verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqının Bakı nümayəndəliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ersin Tatar təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












