Kubanıçbek Ömüralıyev: Azərbaycan TDT-nin daha da gücləndirilməsində mühüm rol oynayır
sizinxeber.az xəbər saytı

Kubanıçbek Ömüralıyev: Azərbaycan TDT-nin daha da gücləndirilməsində mühüm rol oynayır


Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Sizinxeber.az" xəbər verir ki, təbrikdə deyilir:

"Doğum gününüz münasibətilə Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycan Respublikası Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində dünyadakı nüfuzunu daha da möhkəmləndirmiş, beynəlxalq sülh, sabitlik və əmin-amanlığın təminatına ciddi töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilmişdir.

Bu yaxınlarda Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü zamanı Sizinlə görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayır, təşkilatın inkişafı məqsədilə göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla".

Oxşar xəbərlər

TDT-nin Baş katibi Qazaxıstan xalqını təbrik edib
TDT: Azərbaycanın tərəfdaşlıq və inteqrasiyaya töhfəsi regionda sülh üçün mühüm rol oynayıb
TDT-nin Baş katibi Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dünyasını təbrik edib
Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər