Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla sülh prosesi barədə məlumat verib - YENİLƏNİB
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiç ilə görüşüb.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, geniştərkibli görüş zamanı, nazirlər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkə arasında qarşılıqlı hörmət və etibarlı tərəfdaşlığa, beynəlxalq hüququn əsas norma və prinsiplərinə, xüsusilə suverenlik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsinə əsaslanan strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Strateji tərəfdaşlığın inkişafına töhfə verən amillər arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında dostluğun əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, turizm sahələri üzrə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadiyyat, ticarət və investisiyalar istiqamətləri üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb.
Xalqlararası əlaqələrin genişləndirilməsində humanitar sahədə əməkdaşlığın, qarşılıqlı vizadan azad olunma tədbirlərinin töhfələri qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə olunan uğurlardan bəhs edib, Serbiya tərəfinin ali səviyyədə iştirakı və töhfələrinə görə təşəkkür edilib. Yaşıl enerji sahəsində ölkəmizin planları və regionumuzun elektrik enerjisinin ixracı sahəsində rolu barədə məlumat verilib.
Serbiyanın Expo 2027 tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan əhəmiyyətinin göstəricisi olduğu vurğulanıb.
Qarşı tərəf, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb. Sülh müqaviləsində açıq qalan bəndlər üzrə razılığın əldə olunması, Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn iddialara son qoyulmasının sülh prosesinə hədə törədən mövcud çağırışların aradan qaldırılması üçün əhəmiyyəti qeyd edilib. Bununla yanaşı, ATƏT çərçivəsində Minsk Qrupunun rəsmi olaraq ləğvinə Ermənistanın maneçilik səylərinin sülh prosesinə zidd olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Daha sonra keçirilmiş mətbuat konfransında nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
13:48
Serbiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç arasında geniş tərkibdə görüş keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə siyasi, təhlükəsizlik, iqtisadi və enerji məsələləri, iki ölkə arasında strateji tərəfdaşlığın humanitar və digər aspektləri müzakirə edilib.
Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, eləcə də sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.
Oxşar xəbərlər
Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla sülh prosesi barədə məlumat verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Serbiya XİN rəhbərlərinin geniş tərkibli görüşü keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












